MƏDƏNİYYƏT


“France3” telekanalı azərbaycanlı gənc rəssamla bağlı reportaj yayımlayıb

Fransanın “France3” telekanalında “Portret: istedadlı gənc rəssam Məryəm Ələkbərli” adlı reportaj yayımlanıb. AZƏRTAC xəbər verir ki, reportajda Məryəm Ələkbərlinin həyat və yaradıcılığından danışılıb. Gənc rəssamın Fransada təşkil edilmiş vernisajları, sərgiləri, eləcə də festivallarda iştirakı haqqında ətraflı məlumat verilib. İncəsənət tənqidçiləri, kuratorlar gənc rəssam Məryəmin əsərləri haqqında fikirlərini bölüşüblər.