SİYASƏT


Bakıda Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransının yüksək vəzifəli məmurlar səviyyəsində iclası keçirilir

Aprelin 3-də Bakıda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransına hazırlıq məqsədilə yüksək vəzifəli məmurlar səviyyəsində iclas işə başlayıb. AZƏRTAC xəbər verir ki, tədbiri açan Venesuelanın xarici işlər nazirinin müavini Ruben Dario Molina Qoşulmama Hərəkatının üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verdiyini, onun insan hüquqları, sülh və təhlükəsizliyin təşviq edilməsi üçün toplaşma yeri olduğunu deyib.