MƏDƏNİYYƏT


Yəhudilərin Pesax bayramı Qubada qeyd olunur

Bayrama qatılanlar rayonda yaşayan dağ yəhudilərinin tarixini, mədəniyyətini, eləcə də bayram adət-ənənələrini əks etdirən fotosərgi ilə tanış olublar. Qonaqlara Pesax bayramı və dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi haqqında məlumat verilib. Bildirilib ki, dağ yəhudilərinin burada məskunlaşması XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub.