Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şabran sakinləri “ASAN qatar” xidmətindən yararlanacaqlar

04.04.2018 [16:04]

Xəbərin mətni
Səyyar “ASAN qatar”ın növbəti dayanacağı Şabran Dəmiryol Stansiyası olacaq. AZƏRTAC xəbər verir ki, martın 28-dən etibarən səyyar qrupa 650-dən artıq müraciət daxil olub. Şabranla yanaşı, digər şimal rayonlarının sakinləri də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN qatar” xidmətindən yararlanmaq imkanı qazanıblar.