Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan Xalça Muzeyində "Bakı xalçaları. Yeni çeşnilər" layihəsinin və "Xətayi" xalçasının təqdimatı olub

05.04.2018 [10:35]

Xəbərin mətni
Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Xalça Muzeyi və Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın təşkilatçılığı ilə reallaşıb. Həmçinin sərgi çərçivəsində “Bakı xalçaları. Yeni çeşnilər” kitabının və Heydər Əliyev Fondu tərəfindən muzeyə verilən Qarabağın XVII əsrə aid “Xətayi” xalçasının təqdimatı olub.