Bakıda qadınların sırğasını qoparıb qaçan şəxs tutuldu
05.04.2018 [16:18]
Xəbərin mətni
Martın son günlərində Bakı şəhər sakini olan üç qadın Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ayrı-ayrı ünvanlarda onlara hücum etdiyini və qulaqlarındakı qızıl sırğaları götürərək qaçdığını bildirib. “İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayətləri törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş İftixar Əzizov saxlanılıb.