MƏDƏNİYYƏT


“Bakı prosesi” ildən-ilə genişlənərək daha böyük coğrafiyanı əhatə edib

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin "Davamlı inkişaf naminə beynəlxalq sülhün və təhlükəsizliyin təşviqi" mövzusunda keçirilən konfransı çərçivəsində "Bakı Prosesi"nin təqdimatı keçirilib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfrans iştirakçılarına "Bakı Prosesi" çərçivəsində keçirilən tədbirlər barədə məlumat veriblər.