MƏDƏNİYYƏT
Bursa şəhərində Qara Qarayevin əsərlərindən ibarət konsert olub
06.04.2018 [18:15]
Xəbərin mətni
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2018-ci ilin “Qara Qarayev ili” elan olunması münasibətilə Türkiyənin Bursa şəhərində konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, böyük bəstəkarların şöhrətli əsərləri Bursa Bölgə Dövlət Orkestri tərəfində maestro Yalçın Adıgözəlovun dirijorluğunda və soprano Nurdan Kuçukekmekçinin ifasında səslənib.