SİYASƏT
Qoşulmama Hərəkatının nazirlər konfransı başa çatıb
06.04.2018 [19:24]
Xəbərin mətni
Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransı aprelin 6-da başa çatıb. Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər konfransında səmərəli müzakirələrin aparıldığını deyən iştirakçılar yüksək səviyyəli təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirdilər.