MƏDƏNİYYƏT


Goranboyda XI-XII əsrə aid feodal qəsrinin qala divarları və bürcləri aşkarlanıb

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi həyata keçirilən zaman Goranboy rayonunun Borsunlu kəndi ərazisində orta əsrlərə aid böyük tarixi-mədəni əhəmiyyətə malik arxeoloji abidə aşkar edilib.Arxeoloji qazıntılar zamanı düzbucaqlı formalı, Aran memarlıq məktəbinə aid qəsrin qala divarları və bürcləri aşkarlanıb. Arxeoloji qazıntı sahəsindən tapılmış maddi-mədəni nümunələrə əsasən müəyyən edilib ki, İpək Yolu üzərində yerləşən bu feodal qəsrində təxminən XI-XII əsrlərdə intensiv yaşayış olub.