MƏDƏNİYYƏT


Ölkəmizə gələn turistlərin sayında 12,6 faiz artım olub

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2018-ci ilin üç ayı ərzində Azərbaycana 627 min 835 nəfər əcnəbi vətəndaş səfər edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 70 min 207 nəfər və ya 12,6 faiz artım deməkdir. Əcnəbi vətəndaşların 185 min 913 nəfəri yanvar, 166 min 161 nəfəri fevral və 275 min 761 nəfəri isə mart ayı ərzində ölkəmizə gəlib.