MƏDƏNİYYƏT


Əlcəzairin “əl-Nahar” telekanalında Azərbaycanla bağlı reportaj təqdim edilib

Kanalın müxbiri Cəmaləddin Buşa Bakının qədim tarixindən və müasir inkişafından geniş söz açıb, paytaxtımızın bənzərsizliyindən ürəkdolusu danışıb. O, Bakıda kamerasının yaddaşına köçürdüyü bütün gözəllikləri əlcəzairli tamaşaçılara çatdırıb. Cəmaləddin Buşa reportajda qeyd edir ki, Şərqin Parisi, Qafqazın mirvarisi kimi tanınan Bakı öz gözəllikləri ilə qonaqları heyran edir. Müəllif Yanardağ, Qız qalası, İçərişəhər, Bakı Bulvarı kimi məkanlar haqqında da qısa məlumatlar verir.