MƏDƏNİYYƏT


18 xanım rəssamın əsərlərindən ibarət sərgi açılıb

Aprelin 16-da “Port Baku Mall” rəsm qalereyasında 18 xanım rəssamın əsərlərindən ibarət sərgi açılıb. İstedadlı rəssamlar “Təbiət, qadın və gözəllik” mövzusunu əsas konsepsiya olaraq seçiblər. Onlar öz işlərində müxtəlif üslub və texnikalardan istifadə edərək bir-birindən maraqlı əl işləri ilə sənətsevərlər qarşısına çıxıblar.