Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Vaşinqtonda Qara Qarayevin 100 illiyinə həsr edilmiş klassik musiqi gecəsi keçirilib

23.04.2018 [13:23]

Xəbərin mətni
Vaşinqton kafedral kilsəsində ABŞ-da yaşayan azərbaycanlı orqançalan Cəmilə Cavadova-Spitzberqin konserti olub. Vaşinqton kafedral kilsəsinin keşişi Bencamin Streyli tədbiri açaraq, tamaşaçılara Cəmilə Cavadova-Spitzberqin fəaliyyəti və Qara Qarayevin yaradıcılıq irsi barədə məlumat verib. Konsert proqramında Qərbin tanınmış klassik bəstəkarları Bax və Mendelsonun əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının kompozisiyaları da səslənib.