MƏDƏNİYYƏT


Moskvada Bollivud şahzadəsi kimi tanınan 7 yaşlı azərbaycanlı

AZƏRTAC xəbər verir ki, Rusiyanın Birinci kanalında yayımlanan Maksim Qalkinin aparıcılıq etdiyi “Лучше Всех” uşaq verilişinin qalibi Elina Məmmədova adlı 7 yaşlı həmyerlimiz olub. Sosial şəbəkələrdə Elina Smile ləqəbi ilə məşhurlaşan azyaşlı bloger verilişdə müxtəlif obrazlarda rəqs nömrələri nümayiş etdirərək bütün Rusiyanı heyran qoyub.