MƏDƏNİYYƏT


“Azərbaycan mətbəxi məktəbi”nin növbəti məşğələsində yapon xanımlara mətbəximizin şahı plov təqdim edilib

Tokioda fəaliyyət göstərən “Azərbaycan mətbəxi məktəbi”nin növbəti məşğələsində yapon xanımlara mətbəximizin şahı plovun hazırlanması qaydaları öyrədilib. AZƏRTAC xəbər verir ki, Yaponiya paytaxtının Setaqaya rayonunda yerləşən Tsurumaki Beynəlxalq Əməkdaşlıq Mərkəzində təşkil edilən növbəti məşğələdə məktəbin təşkilatçıları, Yaponiyada yaşayan azərbaycanlı xanımlar Nərminə Aslanova və Dinarə Ələkbərova ölkəmiz, onun coğrafi mövqeyi, zəngin mədəniyyəti və mətbəxi haqqında məlumat veriblər.