MƏDƏNİYYƏT


İstanbulda muğamsevərlər “Qarabağ şikəstəsi” təqdim edilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Türkiyə nümayəndəliyinin təşkilatçılığı ilə İstanbulda “Azərbaycana musiqi estafeti” şüarı ilə keçirilən konsert proqramları davam edir. AZƏRTAC xəbər verir ki, silsilə tədbirlər çərçivəsində İstanbulun “Grand Pera” teatr salonunda “Muğam gecəsi” konserti təşkil olunub. Konsert proqramında Əməkdar artist Səbuhi İbayev və gənc xanəndə Nigar Şabanova məlahətli ifaları ilə musiqisevərlərin zövqünü oxşayıblar. Xanəndələri Əməkdar artistlər Sahib Paşazadə (tar), Çinarə Heydərova (qanun), Toğrul Əsədullayev (kamança) və başqaları müşayiət ediblər.