MƏDƏNİYYƏT


“Mir Cəlal. Biblioqrafiya”sı və “Mir Cəlal milli idealları” kitablarının təqdimatı olub

Aprelin 30-da XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı ədib, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi münasibətilə Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən nəşr olunmuş “Mir Cəlal. Biblioqrafiya”, Nizami Cəfərovun “Mir Cəlal milli idealları” kitablarının və “Mir Cəlal–110” elektron məlumat bazasının təqdimatı keçirilib.