MƏDƏNİYYƏT


Azərbaycan Çində tələbələrin beynəlxalq mədəniyyət festivalında təmsil olunur

Pekin Elm və Texnologiya Universitetində keçirilən tələbələrin beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub. AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələri təmsil edən tələbələrin mədəni əlaqələrini asanlaşdırmaq məqsədi daşıyan beynəlxalq mədəniyyət festivalında Çin universitetlərində təhsil alan əcnəbi tələbələr ölkələrini, milli mədəniyyətlərini tanıdıblar.