MƏDƏNİYYƏT


Bakıda Avropa tolerantlığı barədə 38 müxtəlif mövzulu sənədli filmin nümayişi olacaq

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Denis Daniilidis məlumat verib. Onun sözlərinə görə, IMAGINE Avropa Tolerantlıq Festivalı çərçivəsində ilk növbədə müxtəlif konsertlər təşkil ediləcək, müxtəlif rəqs çıxışları, tamaşalar və digər tədbirlər nümayiş olunacaq: "Bununla yanaşı, Bakıda ilk dəfə "DocuBaku" sənədli film festivalı keçiriləcək. Festival çərçivəsində Adam Mitskeviç İnstitutunun təşkil etdiyi, "sosial dəyişikliklər"ə həsr olunan beynəlxalq kinofestival da keçiriləcək".