MƏDƏNİYYƏT


Rəşid Behbudov haqqında sənədli film: “Nəğmə dolu bir ürəyəm”

Mayın 4-də Nizami Kino Mərkəzində SSRİ Xalq Artisti, görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudova həsr edilmiş “Nəğmə dolu bir ürəyəm” sənədli filminin təqdimatı olub. AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova müğənninin həyat və yaradıcılığından söz açıb. “Rəşid Behbudov fenomenal şəxsiyyət idi. Dünyada ikinci belə səs olmayıb. Bütün dünyada onu tanıyır və sevirdilər. “Arşın mal alan” filmindəki rolu ona ümumxalq rəğbəti qazandırdı.