Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar mindən çox ağac əkilib
05.05.2018 [14:29]
Xəbərin mətni
Mayın 5-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları, məktəb direktorları, direktor müavinləri, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.