Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Euronews” telekanalı Naxçıvanın tanıtım videosüjetlərinin yayımına başlayıb

08.05.2018 [18:56]

“Euronews” telekanalı Naxçıvanın tarixi-mədəni irsini və turizm imkanlarını əks etdirən tanıtım videosüjetlərinin yayımına başlayıb. İlk reportaj XII əsrin yadigarı, dünya mədəniyyətinin incisi olan Mömünə Xatın türbəsindən təqdim edilib. “Euronews” əməkdaşları Qalina Polonskaya və Pol Tunin ötən ay Naxçıvana səfər edərək bu qədim diyarda çəkilişlər aparıblar.