MƏDƏNİYYƏT


“Eurovision-2018”: Aysel Məmmədova finala adlaya bilməyib

Azərbaycan təmsilçisi Aysel Məmmədova “Eurovision-2018” mahnı müsabiqəsinin final mərhələsinə adlaya bilməyib. İlk yarımfinalda "X my heart" mahnısı ilə çıxış edən Aysel Məmmədova televiziya tamaşaçılarının və peşəkar münsiflər heyətinin səsverməsi nəticəsində müsabiqədən kənarda qalıb. Bu il müsabiqəyə 43 ölkə qatılıb. "Eurovision-2018"in ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.