Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qız qalasının qarşısında Ulu Öndərin 95 illiyinə həsr olunan fləşmob

10.05.2018 [19:26]

Xəbərin mətni
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ənənəvi olaraq silsilə tədbirlərlə qeyd edilir. AZƏRTAC xəbər verir ki, bu münasibətlə mayın 10-da Qız qalasının qarşısında fləşmob keçirilib. “Səma” rəqs qrupunun ifasında Azərbaycan mədəniyyətinin zənginliyini ifadə edən milli rəqs nümunələri təqdim olunub.