Seulda Azərbaycan-Koreya milli geyimlərinin dəfiləsi keçirilib
11.05.2018 [14:32]
Seulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan Azərbaycan - Koreya milli geyimlərinin dəfiləsi keçirilib. Ölkəmizin Koreya Respublikasındakı səfirliyinin və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi, Koreya Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə iki ölkənin milli geyimləri nümayiş etdirilib.