MƏDƏNİYYƏT


Türkiyənin “Kanal 7” televiziyası Gəncədən reportaj hazırlayıb

Dünyayı geziyorum” verilişinin aparıcısı Özlem Tunca Gəncənin tarixi abidələrini, muzeylərini gəzib, hər biri haqda tamaşaçıya ətraflı məlumat verib. Heydər Əliyev adına park kompleksi, Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya muzeyi, Xan bağı, Gəncə Dövlət Filarmoniyası, İmamzadə dini-memarlıq kompleksi, Şah Abbas məscidi, Cavad xan küçəsi, “Gəncəçay” park-bulvar kompleksi, Aqrar Universitetin Cümhuriyyəti muzeyi, Göygöl və Maralgöldə çəkilişlər aparan Özlem Tunca, eyni zamanda, Atatürkün adını daşıyan prospektdə olub, tamaşaçılara onun barelyefi olan lövhədən söz açıb.