Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyanada ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib

15.05.2018 [14:02]

Xəbərin mətni
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Mərkəzin yaradılmasının 5 illiyinə həsr edilən tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova tədbirdə çıxış edərək 2018-ci ilin Azərbaycanda yubiley və mühüm ildönümləri ilə zəngin olduğunu bildirib.