MƏDƏNİYYƏT


Bakıda Rus Mədəniyyət Mərkəzinin təqdimat mərasimi keçirilib

Bakıda Rus Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin təqdimat mərasimində çıxış edib. O vurğulayıb ki, 1993-cü ildə yaradılmış Bakıda Rus Mədəniyyət Mərkəzi özünün 25 illiyi qeyd edir. Mərkəzin təsisçisi Azərbaycan Rus İcmasıdır.