MƏDƏNİYYƏT


Euronews kanalı Bakı Şopinq Festivalı haqda süjet hazırlayıb

Azərbaycan Konqreslər Bürosu Bakı Şopinq Festivalını və Azərbaycanı turizm məkanı kimi tanıtmaqda davam edir. Avropanın Euronews Telekanalı ilə əməkdaşlıq edən Büro “Destination” proqramının bir sayını Bakı Şopinq Festivalına həsr etməyə nail olub. Verilişdə Bakı Şopinq Festivalının xüsusiyyətləri və üstünlükləri haqda məlumat, həmçinin iştirakçı mağazaların təmsilçilərinin festivala qoşulmağın bizneslərinə verdiyi faydalar barədə fikirləri yer alıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır