Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Euronews” telekanalı dolma haqqında veriliş təqdim edib

29.05.2018 [12:29]

“Euronews” telekanalının “Açıqcalar” silsiləsinin növbəti buraxılışı Azərbaycan mətbəxinin şahzadəsi – dolmaya həsr olunub. Bu milli mətbəx nümunəsinə sevgi ölkənin bütün bölgələri və millətlərini birləşdirir, onun müxtəlif növləri var. Məhz dolma Azərbaycana məxsus kulinariya növü kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.