MƏDƏNİYYƏT


İpək üzərində rəsm və təkəlduz işlərindən ibarət sərgi açılıb

Mayın 30-da "Azərkitab" Kitab Təbliğatı Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə "İpək əsərlər, ipək səslər" adlı sərgi və konsert təşkil olunub. AZƏRTAC xəbər verir ki, sərgidə Tünzalə Məmmədzadə, Türkan Məmmədzadə və Elmar Məmmədzadənin şəffaf ipək üzərində rəsm və təkəlduz işlərindən ibarət 60 əsəri nümayiş olunur. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev və başqaları sərginin önəmini qeyd ediblər.