MƏDƏNİYYƏT


Bakıda Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin açılışı olub

İyunun 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin açılış mərasimi olub. AZƏRTAC xəbər verir ki, görkəmli sənətkar Bülbülün anadan olmasının 120 illiyinə həsr edilən tədbiri mədəniyyət naziri Əbülfəs Qarayev açaraq müsabiqənin əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizdə bu sənət yarışının keçirilməsi ənənəyə çevrilib.