MƏDƏNİYYƏT


Mikayıl Müşfiqin doğum günü Xızıda qeyd olunub

Mədəniyyət Nazirliyinin dəstəyi, Firudin Köçərli adına Respublika Uşaq Kitabxanası və Abşeron rayon Mehdiabad qəsəbəsi 4 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Mikayıl Müşfiqin büstü qarşısına tər güllər düzüblər. “Mən şirin ləhcəli bir bülbüləm” adlı tədbirdə çıxış edən şairlər, yazıçılar, elm və incəsənət xadimləri ölməz şairin həyat və yaradıcılığı haqqında danışıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söhbət açıblar.