Azərbaycan Dövlət İnformasiya Agentliyi

DTX-nin Mədəniyyət Mərkəzində Daun sindromlu uşaqlar üçün xeyriyyə tədbiri təşkil edilib

06.06.2018 [17:29]

Xəbərin mətni
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi tərəfindən 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan silsilə tədbirlərin təşkili davam etdirilir. AZƏRTAC xəbər verir ki, silsilə tədbirlər çərçivəsində iyunun 6-da Azərbaycan dövlətinin uşaqlara diqqət və qayğısının bariz nümunəsi olaraq Daun sindromlu uşaqlar üçün musiqili-əyləncəli xeyriyyə tədbiri keçirilib.