Ritm rəqs qrupu Vaşinqtonda çıxış edib
08.06.2018 [10:51]
Xəbərin mətni
ABŞ-da səfərdə olan Azərbaycanın Ritm rəqs qrupunun üzvləri iyunun 7-də ABŞ Prezidentinin iqamətgahının - Ağ evin yaxınlığında konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Ritm rəqs qrupu Azərbaycanın ABŞ-dakı səfirliyinin dəvəti ilə Cümhuriyyətin 100 illik yubiley tədbirində iştirak etmək üçün Vaşinqtonda səfərdədir.