MƏDƏNİYYƏT


Azərbaycan İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalı tərəfindən Beynəlxalq Turizm Məkanı mükafatına layiq görülüb

İyunun 7-də Madrid şəhərində İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalının sayca 28-ci mükafatlandırma mərasimi keçirilib. Azərbaycanın İspaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ölkənin dövlət rəsmiləri, müxtəlif nüfuzlu beynəlxalq və yerli şirkətlərin təmsilçiləri, ictimaiyyət, nüfuzlu yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Mərasimdə ölkəmizi Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri, habelə Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov təmsil edib.