Rəşid Behbudovun xatirəsi anılıb
09.06.2018 [16:41]
Xəbərin mətni
Bu gün görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun (1915-1989) xatirə günü münasibətilə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, anım mərasimində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.