MƏDƏNİYYƏT


Bakıda “SABAH” incəsənət festivalı” keçirilib

İyunun 11-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “SABAH” incəsənət festivalı” keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası “SABAH” qruplarının tələbələrinin müxtəlif layihələri, əl işləri nümayiş etdirilib. Bakı Musiqi Akademiyasının “SABAH” qrupunun tələbələri isə maraqlı musiqi proqramı ilə çıxış ediblər.