Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda müəllim və şagirdlərinin əl işlərindən ibarət sərgi açılıb

13.06.2018 [18:16]

Xəbərin mətni
Xaçmaz Dövlət Rəsm Qalereyasında Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin əl işlərindən ibarət sərgi açılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində təşkil olunan sərgidə 70-dən çox rəsm əsəri və dekorativ toxuma işləri nümayiş etdirilir.