MƏDƏNİYYƏT


İspaniyanın məşhur RTVE televiziyası Azərbaycandan reportaj yayımlayıb

İspaniyanın məşhur RTVE televiziyasında iyunun 21-də efirə gedən “İspaniyalılar dünyada” (Españoles en el mundo) proqramının növbəti sayı Azərbaycana həsr edilib. İspaniya televiziyasının məşhur aparıcıları Cristina Juan Carrion, Luis Calero, David, Quique və Rosanın təqdim etdiyi reportajda ölkəmizin turizm potensialı, tarixi məkanları, görməli yerləri, mədəniyyəti, mətbəxi və insanları barədə ətraflı məlumat verilir.