MƏDƏNİYYƏT


Bakıda İran mədəniyyət və incəsənət sərgisinin açılışı olub

İran və Azərbaycan ortaq mədəniyyətə və tarixə malikdir. Tarix boyu Azərbaycan və İran xalqları yaxın münasibətdə olublar. Biz həm xoşbəxt, həm də çətin günlərdə bir-birimizi dəstəkləmişik. Azərbaycanda İran Mədəniyyət Günlərinin keçirilməsi bizim nə dərəcədə yaxın olmağımızı göstərir. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İran Mədəniyyət Günlərinin açılışına həsr edilmiş mətbuat konfransında İranın mədəniyyət naziri Seyid Abbas Salehi deyib. ​