Bakıda İran Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi keçirilib
27.06.2018 [20:28]
Xəbərin mətni
İyunun 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında İran Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi olub. Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək deyib ki, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran memarlıq, xalq yaradıcılığı nümunələri, ədəbiyyat və rəssamlıq kimi sənət növləri var. Bu sahədə birgə layihələrin həyata keçirilməsi əməkdaşlığın əsas istiqamətini təşkil edir.