MƏDƏNİYYƏT


Gənc pianoçu Ayla Kəlbiyeva “Məhəbbət əfsanəsi” adlı solo konsertini təqdim edib

İyunun 30-da istedadlı gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Ayla Kəlbiyevanın “Məhəbbət əfsanəsi” adlı solo konserti olub. AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Bu il Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının VII sinfini bitirən Ayla Kəlbiyeva xeyli müddətdir ki, Xalq Artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbində də vokal dərsləri alır.