Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı gənc rəssamların əsərləri Parisdə

05.07.2018 [12:05]

Xəbərin mətni
Fransada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər davam edir. Bu ölkədəki səfirliyimiz və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Azərbaycan gənc rəssamları Parisdə” adlı sərgi təşkil olunub.