Burqas şəhərində Azərbaycan mədəniyyəti təqdim olunub
05.07.2018 [15:37]
Xəbərin mətni
Bolqarıstanın Burqas şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə “Bakı – qədimlik və müasirliyin harmoniyası” adlı fotosərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgi çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olunub.