Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı
08.08.2018 [10:17]
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək hüququ qazanmış 446 abituriyentdən 104-ü imtahana gəlməyib. İmtahanda iştirak edən 342 abituriyentdən 287 nəfəri məqbul qiymət alıb.
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər.