ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində 4 min 337 namizəd uğur qazanıb

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu barədə məlumat avqustun 10-da namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər test mərhələsinin nəticələri əsas tutulmaqla proqram təminatı tərəfindən elektron yerləşdirmədə iştirak ediblər.