Azərbaycan Dövlət İnformasiya Agentliyi

Magistraturaların boş qalan yerlərinə 448 nəfər qəbul olunub

14.08.2018 [14:39]

Magistraturanın boş qalan 2 min 533 plan yerinin müsabiqəsində iştirak üçün 631 bakalavr müraciət edib. Onlardan 448 nəfər magistratura səviyyəsinə qəbul olunub. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olunanlar avqustun 16-dan 24-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.