ELM VƏ TƏHSİL


Məleykə Abbaszadə: Abituriyentin yüksək bal topladığı ilə bağlı iddialar əsassızdır

Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbul imtahanı nəticələrinin saxtalaşdırıldığını iddia edən abituriyentlə bağlı mətbuat konfransı keçirib. Məsələyə aydınlıq gətirən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, Əsgəri İbrahim Əli oğlunun 596 bal topladığı ilə bağlı yayılan iddialar əsassızdır.